Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır...

24 aprel 2024-cü il saat 20:00-dək:

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo, 1 ədəd televizor və 1 ədəd plastikdən ibarət pəncərə qismən yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 17:35-dək:

Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 130 m² olan ikimərtəbəli 4 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yüksək temperaturdan 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd televizor və 1 ədəd kondisioner qismən əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 17:30-dək:

Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 80-ci kilometrliyi) “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.

24 aprel 2024-cü il saat 15:35-dək:

Lənkəran şəhərində ümumi sahəsi 50 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 30 m² sahədə və içərisində 3 m² sahədə taxta tullantıları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 15:30-dək:

Şəki şəhərində ümumi sahəsi 182 m² (hər mərtəbəsi 91 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, bitişik sahəsi 30 m² olan mətbəxin yanar konstruksiyaları, sahəsi 6 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 15:15-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

24 aprel 2024-cü il saat 15:10-dək:

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

24 aprel 2024-cü il saat 14:30-dək:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 

24 aprel 2024-cü il saat 13:45-dək:

Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 09:00-dək:

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bir halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.

24 aprel 2024-cü il saat 07:45-dək:

Bakı şəhərinin Xəzər rayonunda 1 ədəd generator və 5 p.m çıxış kabeli yanıb. Yaxınlıqda olan transformator yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 03:00-dək:

Ağsu rayonunun Növcü kəndində ümümi sahəsi 90 m² olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisində olan mallar, 1 ədəd ödəniş terminalı, 4 ədəd soyuducu və 1 ədəd kondisoner yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 02:45-dək:

Bakı şəhərinin Sabunçu rayonunda "ЗИЛ" markalı yük avtomobilinin kabinası yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 01:30-dək:

Şəmkir rayonunun Qaracəmirli kəndində partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Yanğın nəticəsində kafe ərazisində ümumi sahəsi 25 m² olan dəmir konstruksiyadan ibarət mətbəxin taxtadan ibarət üzlüyü, içərisində olan əşyalar və yaxınlıqda sahəsi 12 m² olan talvarın lambirdən ibarət tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mətbəxin içərisindən həcmi 50 litr olan 4 ədəd və həcmi 3 litr olan 1 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Talvarın qalan hissəsi və kafe yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

24 aprel 2024-cü il saat 00:45-dək:

Bakı şəhərinin Binəqədi rayonunda “İran Khodro” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qaynar xətt
FHN Akademiyası
Sened qebulu
Tikinti
Yoxlayici orqan
Matros

Faydalı keçidlər

e-gov.az
President of Azerbaijan
Mehriban Aliyeva
Azerbaijan Republic Cabinet of Ministers
Heydar Aliyev Center
Heydər Əliyev Fondu