Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır

Ölkəmizdə yeni növ koronavirusla (COVID-19) mübarizə çərçivəsində ciddi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına uyğun olaraq, məhdudiyyətlərin mövcud olduğu müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır. Sənəd qəbulunun bərpası və seçmə prosedurunun davam etdirilməsi ilə əlaqədar əlavə məlumat veriləcək.

 


 

Yalnız Dövlət İmtahan Mərkəzinə elektron ərizə təqdim etmiş abituriyentlərin sənədləri cari ilin iyun ayının 1-dən 26-dək qəbul olunur (http://eservices.dim.gov.az/erizebak/erize/)

Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

  • Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;          
  • Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
  • Orta təhsil haqqında attestatın surəti (11-ci sinif şagirdləri üçün müvafiq arayış);
  • Orta məktəbdən, iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
  • Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin əsli və surəti; 
  • Namizədin şəxsən özü tərəfindən yazılmış tərcümeyi-hal;
  • 4 ədəd 6x4 sm ölçüdə rəngli fotoşəkil

Xüsusi Həkim Ekspertiza Komissiyasında müayinə zamanı təqdim ediləcək sənədlərin siyahısı:

  • Yaşayış yeri üzrə qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ilə aid qısa epiqriz
  • QİÇS (SPİD) olmaması barədə arayış
  • Vərəm dispanserindən arayış
  • Ruhi-əseb dispanserindən arayış
  • Narkoloji dispanserindən arayış
  • Dəri-zöhrəvi dispanserindən arayış

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına namizədlərin seçilməsinin qrafiki

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)