AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ HALLAR NAZİRİLİYİ

DÖVLƏT YANĞINDAN MÜHAFİZƏ XİDMƏTİ

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında... 18 oktyabr 2019-cu il


8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi dalğıc axtarış qrupu cəlb edilməklə Aviasiya dəstəsinin 1 ədəd helikopteri vasitəsilə davam etdirilir. 16 oktyabr 2019-cu il


8 oktyabr 2019-cu il tarixində Xəzər dənizində itkin düşmüş 4 balıqçıdan sonuncusunun axtarışları Fövqəladə Hallar Nazirliyinin 1 ədəd helikopteri cəlb edilməklə müvafiq qüvvələri tərəfindən davam etdirilir. 12 oktyabr 2019-cu il


Ucar rayonunun Şahlıq kəndində həyətyanı sahəyə yığılan 10 ton ot bağlamasının 6 tonu yanıb...


İmişli rayonunun Xəlfəli kəndində ümumi sahəsi 40 m² olan yardımçı tikilinin tavanı 20 m² sahədə yanıb...


Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov, Suraxanı və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 5 müraciət daxil olub.

Ümumi məlumat


Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasnın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş FHN-nin strukturunda isə, həmin idarə yenidən təşkil edilmiş və Dövlət Yanğından Mühafızə Xidməti yaradılmışdır.

Fəaliyyət istiqamətləri

Xidmətin fəaliyyəti haqqında


Dövlət Yanğından Mühafizə Xidməti respublika ərazisində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.) həyata keçirən, yanğınsöndürmə texnikasına və vasitələrinə, habelə könüllü və idarədənkənar yanğından mühafizə bölmələrinin yaradılmasına dair tələbləri müəyyənləşdirən icra hakimiyyəti orqanıdır.

 

Yanğınların söndürülməsi

Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılmasını, müvafıq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsini təmin etmək;

Nəticələrinin aradan qaldırılması

Yanğınların söndürülməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz xilasetmə işlərinin aparılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti, o cümlədən yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək;

Normativ tənzimləmə

Xidmətin fəaliyyətinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət funksiyasnı həyata keçirmək.

Rəhbərlik haqqında məlumat


Əsədov Füzuli Xanış oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi, daxili xidmət general-mayoru.
10.11.1961-cü ildə Ermənistan Respublikasının Sisian rayonunda anadan olub. 
Dadaş Bünyatzadə ad. Xalq Təsərrüfatı İnstitutu və Rusiyanın Moskva Gömrük Akademiyasını bitirib. 
Ailəlidir. 2 övladı var. 
Qəbul günləri:
FHN əməkdaşları üçün hər ayın I, II, III həftəsinin 2 günü (10:00-13:00) 
vətəndaşlar üçün hər ayın son həftəsinin II günü (10:00-13:00)

 

Kərimov Rasim Azad oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini daxili xidmət polkovniki.
02.03.1959-cu ildə İsmayıllı rayonunda anadan olub. 
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib. 
Ailəlidir. 2 övladı var. 
Qəbul günləri:
həftənin V günləri (10:00-13:00) 
FHN əməkdaşları üçün hər ayın I, II, III həftəsinin 2 günü (10:00-13:00) 
vətəndaşlar üçün hər ayın son həftəsinin II günü (10:00-13:00)

 

Xudiyev Rza Xudu oğlu

Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəis müavini daxili xidmət polkovniki.
25.12.1963-cü ildə Bakı şəhərində anadan olub. 
SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib. 
Ailəlidir. 2 övladı var. 
Qəbul günləri:
həftənin III günləri (10:00-13:00) 
FHN əməkdaşları üçün hər ayın I, II, III həftəsinin 2 günü (10:00-13:00) 
vətəndaşlar üçün hər ayın son həftəsinin II günü (10:00-13:00)